AZ

Tupak Şakurun qətlində əli olduğunu təsdiqlədi

Amerikalı reper və prodüser P. Diddi (Şon Kombs) həmkarı Tupak Şakurun qətlində iştirak etdiyini dolayısı ilə etiraf edib.

Milli.Az xəbər verir ki, "New York Post" (NYP) qəzetinə istinadən xəbər verir ki, sözügedən şok iddia reperə qarşı qaldırılan yeni məhkəmə işində yer alıb.

İddiaçı Stiv Otisin sözlərinə görə, 2012-ci ildə eskort kimi çalışdığı dövrdə P. Diddi Manhettendəki hotellərdən birində ona qarşı seksual zorakılıq törədib. İddia materiallarında bildirilir ki, hadisədən sonra reper Otisi hədələyib və 1996-cı ildə qətlə yetirilmiş Tupak Şakurun adını çəkib.

İddiaçının açıqlamasına əsasən, Diddi bildirib ki, əgər Stiv Otis baş verənlər barədə danışarsa, Tupakı "aradan götürdüyü" kimi, onun da başına eyni hadisə gələ bilər.

Xatırladaq ki, 13 sentyabr 1996-cı ildə Las-Veqasda naməlum şəxslərin atəş açması nəticəsində 25 yaşlı Tupak Şakur həyatını itirib. Uzun illərdir açılmayan cinayət işi üzrə bu yaxınlarda həbs edilən qanqster Dueyn Kit Deyvis ("Keffe D") də qətli məhz P. Diddinin sifariş etdiyini iddia etmişdi. Hazırda P. Diddi insan alveri və müxtəlif ağır cinayətlərdə ittiham olunaraq həbsdədir.

Milli.Az

Seçilən
8
2
milli.az

8Mənbələr