EN

ABŞ-də növbəti şatdaunla üz-üzə

ABŞ Konqresinin yuxarı palatası keçən həftə Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş bir neçə dövlət qurumlarının 1,2 trilyon dollar həcmində maliyyələşdirilməsi paketini rədd edib.

Publika.az "NBC News"ə istinadən xəbər verir ki, qanun layihələrinin lehinə 45 senator səs verib, 55-I isə əleyhinə çıxıb.

Qanun layihələri demokratlar, eləcə də səkkiz respublikaçı tərəfindən rədd edilib.

Qeyd olunur ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp hökumətin işinin dayandırılmasının qarşısını almağa ümid etdiyini ifadə etsə də, bu qanun layihələri təsdiqlənmədən 31 yanvar gecəsi (Bakı vaxtı ilə şənbə günü saat 09:00-da) ABŞ-də şatdaun baş verəcək.

Qanunvericilik aktları Daxili Təhlükəsizlik Nazirliyi (DTN), hərbi, maliyyə və nəqliyyat qurumlarının maliyyələşdirilməsini nəzərdə tuturdu. Bu, ABŞ Tramp administrasiyasının qeyri-qanuni miqrantlara qarşı mübarizə kampaniyası, həmçinin Minnesotada baş verən hadisələr və sərhəd xidməti əməkdaşının şəhərdə bir kişini güllələməsindən sonra ştatın paytaxtı Minneapolisdə alovlanan etirazlar fonunda baş verib.

Chosen
23
50
publika.az

10Sources