EN

Azərbaycan bankları kreditlərdən 4 milyard manata yaxın faiz gəliri əldə ediblər

2025-ci ildə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 946,6 milyon manata çatıb.

FED.az biznes və maliyyə xəbərləri portalı Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 840,7 milyon manat və ya 27,1% artım deməkdir.

Belə ki, 2024-cü ildə bankların kreditlər üzrə faiz gəlirləri 3 milyard 105,9 milyon manat idi.

 Aylıq müqayisədə isə bu gəlirlər 361,5 milyon manat (10,1%) böyüyüb.

Xatırladaq ki, bankların kreditlər üzrə faiz gəlirləri bu ilin noyabrın 30-na 3 milyard 585,1 milyon manat təşkil edirdi.

Chosen
52
3
fed.az

2Sources