Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Şikayətim "Unibank"dandir. Deməli, 19 yanvarda "Bravo"da alisş-veriş edərkə kartimdan pul ççıxılıdı, amma əməliyyat uğursuz olduğuna görə kartdan çıxılan pul geri qaytarıldı. Kart yenidən vurduqdan sonra isı ödəniş uğurla alındı. Bu prosedur tətbiqdə də olduğu kimi öz əksini tapır. 2 gun sonra, yəni, ayın 21-də kartimdan durduq yerə 19.01.2026 tarixində "Bravo"da aliş-veriş etdiyim miqdar qədər pul çıxıldı, ammma bu, tətbiqdə görünmür".
Mia.az xəbər verir ki, bu sözləri Feysbuk-dakı "Müştəriyəm Şikayətim Var" qrupunda Günel Cəfərli yazıb.
Onun sözlərinə görə, 21 yanvarda "Bravo"da aliş-veriş etməyib: "Dəfələrlə banka muraciət etdim. Dedilər, sizin muraciətinizə baxıldıqdan sonra əlaqə saxlanılacaq. Amma əlaqə saxlayıb məlumat vermədilər. Sonra "Unibank"ın whatsapp nömrələri ilə xeyli danışdim. Boyunlarından atdılar ki, problem bizlik deyil, qarşı tərəf cəkib pulu. Bildirdim ki, mən ayin 21-də "Bravo"da alış-veriş etməmişəm, necə yenidən cıxa bilırlır ki?"
Şikayətçinin sözlərinə görə, uzun danışıqlardan sonra ona deyilib ki, "Bravo" geri qaytarılma haqqında Invoice verməlidir: "Buna görə "Bravo"ya getdim, problemi bildirdim.Mənə dedilər ki, tətbiqdə pulun qaytarılıb və yenidən çıxılması göstərilir. Elə bu subutdur ki, biz pulu karta qaytarmışıq Yenidən "Unibank"a yazdım. Mənə eyni şablon cavabları yazmaqdan bezməyərək yenə bildirdilər ki, "problem qarsi tərəfdədir və əgər muraciətinizə baxılmasını istəyirsinizsə, bizə qarşı tərəfdən geri qaytarılma ilə bağlı qəbz təqdim edin"".
Şikayətçi deyir ki, o, banka qarşı tərəflə bağlı problemi başa sala bilməyib: "Dedim ki, "Bravo" mənə sübut edir ki, pul karta qayııb, amma siz mənə sübut edə bilmirsiz ki, durduq yerdə kartdan pul necə silinə bilər. Silinibsə, bu tətbiqdə də göstərilməlidir, hara gedib bu pul? Ancaq tətbiqdə gostərilmir. Mənə sübut edə bilmədiklərindən eyni şablon cavabları yazırlar...".
Şikayətçi sonda "Unibank"a qarğış edib: "Camaati belə dolandıraraq pulunu yemək olmaz. Heş nə demirəm, haram xosunuz olsun. Axıra kimi, məhkəməyə qədər gedəcəyəm"
Samir MUSAYEV
mia.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.