EN

Zəlzələ ABŞ ın nəhəng nüvə raketləri şaxtaları şəbəkəsini silkələdi... Cəmi 3 4 saniyəyə... “Daily Mail“

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın qitələrarası ballistik raket şaxtalarının böyük şəbəkəsinin yerləşdiyi Montana ştatındakı Malmstrom Hərbi Hava Qüvvələri Bazası yaxınlığında zəlzələ baş verib.

Moderator.az "Fokus" nəşrinə istiandla xəbər verir ki, "Daily Mail" qəzetinin 29 yanvar axşamı verdiyi məlumata görə, 4,2 bal gücündə zəlzələ ABŞ nüvə silahlarının yerləşdiyi şaxtalara zərər verə bilərdi.

ABŞ Geoloji Xidməti gün ərzində Qreyt-Folsda yerləşən bazanın mərkəzindən cəmi yeddi mil məsafədə təkanlar qeydə alıb. Ərazidəki yüzlərlə sakin də təkanları hiss edib və sosial medianı mesajlarla doldurub.

"Elə indicə Montanada  böyük bir zəlzələ baş verdi. Aman Allahım, qorxunc idi", - şahidlərdən biri belə deyib.

Montana yüksək seysmik zona hesab edilmir. Lakin ABŞ-ın bu bölgəsi orta bal gücündə zəlzələlər yarada bilən dağlararası seysmik qurşaq boyunca yerləşir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, növbəti həftə ərzində bu ərazidə daha çox zəlzələnin baş vermə ehtimalı olduqca yüksəkdir və 27%-dir. Tədqiqatçılar daha güclü təkanların ehtimalının 6% olduğunu, 4 baldan çox olacağını təxmin edirlər.

"Gələcəkdə dağıdıcı zəlzələlər baş verə bilər, ona görə də unutmayın: uzaınn, üzərinizi örtün və möhkəm qalın", - geoloqlar xəbərdarlıq ediblər.

Zəlzələ yerin 6 mil dərinliyində baş verib. Hərbçilər hələlik təkanlar barədə şərh verməyib və ya təbii hadisənin potensial nəticələrini müzakirə etməyiblər.

Malmstrom Hərbi Hava Qüvvələri Bazasındakı raket şaxtaları haqqında nələr məlumdur?..

Malmstrom Hərbi Hava Qüvvələri Bazasında Montana ştatının mərkəzində 13.800 kvadrat mil ərazini əhatə edən çox sayda raket şaxtası var. Nəşr qeyd edir ki, bu fakt onu Qərb yarımkürəsindəki ən böyük raket şəbəklərindən biri olduğunu göstərir.

Nəşr bildirir ki, "Bu, ölkənin 400 "Minuteman III" raketindən ibarət arsenalını ümumilikdə saxlayan üç bazadan biridir".

İddia edilir ki, əgər buraxılış əmri verilərsə, "Minuteman III" qitələrarası ballistik raketi istənilən şaxtadan dörd saniyədən az müddətdə buraxıla bilər...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
22
moderator.az

10Sources