EN

Sürücülər üçün ölüm təhlükəsi yaradan yol: AAYDA nın göstərişi icra olunmur VİDEO FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Ramana qəsəbəsində asfalt qatının çökməsi sürücülər üçün ciddi təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə 2025-ci ilin avqust ayında sakinlərin redaksiyamıza ünvanladığı şikayəti dərc etmişdik. Onlar yenidən qaynar xəttimizə müraciət edərək bildiriblər ki, Ramana–Maştağa yolunun (Şuşa–Malıbəyli yolunun) bir neçə hissəsində dərin çuxurlar yaranıb. Nəticədə avtomobillər həmin çuxurlara düşərək zədələnir. Bir çox hallarda isə sürücülər çalalardan yayınmaq üçün əks yola çıxmağa məcbur olurlar ki, bu da qarşıdan gələn nəqliyyat vasitələri ilə toqquşma riskini artırır.

Əldə etdiyimiz məlumata görə, sürücülərin çuxurlardan yayınmaq məqsədilə əks yola çıxması artıq bir neçə yol-nəqliyyat hadisəsinə səbəb olub.

Sakinlərin sözlərinə görə, mövcud problemlə bağlı dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edilib. Yolun təmir olunacağı ilə bağlı vəd verilsə də, problem hələ də öz həllini tapmayıb. Hətta sakinlərin rəsmi müraciətinə verilmiş cavabda təmir işlərinin aparılması üçün aidiyyəti quruma göstəriş verildiyi bildirilsə də, həmin göstəriş indiyədək icra olunmayıb.

Fərid

Oxunub 132

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
40
avtosfer.az

10Sources