AZ

Prospektdə yol dağıldı, sürücülər çətin vəziyyətdə – VİDEO

Lənkəran şəhərinin Heydər Əliyev prospektində asfalt örtüyü bir neçə yerdə tamamilə dağılıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, şəhərin Heydər Əliyev prospektində yolda iri çalalar yaranıb. Bu da sürücülər üçün ciddi çətinliklər yaradır.

Sürücülərin sözlərinə görə, xüsusilə axşam saatlarında, havanın qaranlıq vaxtlarında bu yolda hərəkət etmək demək olar ki, mümkün olmur.

“Avtomobillərimizi çalalardan yayındırmaq üçün məcburən qarşı hərəkət zolağına çıxırıq. Təbii ki, qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza təhlükəsi yaranır”.

Sürücülərlərdən biri NOCOMMENT.az -a bildirib ki, bir neçə gün əvvəl gecə saatlarında hərəkətdə olarkən avtomobili yolda olan çalalardan birinə düşüb:

“Nəticədə nəqliyyat vasitəsinin ehtiyat hissəsində ciddi nasazlıq yaranıb və sürücüyə maddi ziyan dəyib”.

Ətrafda yaşayan sakinlər və sürücülər aidiyyəti qurumlardan xahiş edirlər ki, şəhərin ən böyük prospektində ciddi bir yol-nəqliyyat hadisəsi baş verməmiş, problem aradan qaldırılsın və yol təmir edilsin.

Turab

Seçilən
75
40
nocomment.az

10Mənbələr