EN

“Rusiya buna hazırdır”- Rosatom-un baş direktoru

Rusiya zəruri hallarda  İranın “Buşer” AES ərazisindən təxliyə tədbirləri görməyə hazırdır .

Vətəninfo.az xəbər verir ki, bunu Rosatom-un baş direktoru Lixaçev ABŞ-nin İrana mümkün zərbələrinə cavab olaraq bildirib.

ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr AES-in vurulmadığını bildirib.

Buşehr Atom Elektrik Stansiyası İranın cənub-qərbində, Fars körfəzi sahilində, Buşehr şəhəri yaxınlığında yerləşən nüvə elektrik stansiyasıdır.
Bu, İranda və bütün Yaxın Şərqdə ilk nüvə elektrik stansiyasıdır.

Chosen
29
veteninfo.az

1Sources