Rusiya zəruri hallarda İranın “Buşer” AES ərazisindən təxliyə tədbirləri görməyə hazırdır .
Vətəninfo.az xəbər verir ki, bunu Rosatom-un baş direktoru Lixaçev ABŞ-nin İrana mümkün zərbələrinə cavab olaraq bildirib.
ABŞ-nin ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə Buşehr AES-in vurulmadığını bildirib.
Buşehr Atom Elektrik Stansiyası İranın cənub-qərbində, Fars körfəzi sahilində, Buşehr şəhəri yaxınlığında yerləşən nüvə elektrik stansiyasıdır.
Bu, İranda və bütün Yaxın Şərqdə ilk nüvə elektrik stansiyasıdır.