EN

Tramp SƏRƏNCAM İMZALADI

Ajans.az xəbər verir ki, ABŞ PrezidentiDonaldTrampbununlabağlı müvafiqsərəncamimzalayıb. Ağ Evin yaydığı sənəddə deyilir:
“Düşünürəm ki, Kuba ilə bağlı mövcud vəziyyət ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdid yaradır və bu təhlükəni aradan qaldırmaq məqsədilə milli fövqəladə vəziyyət elan edirəm”. Sərəncamda qeyd olunur ki, Kuba rejimi Rusiya, Çin və İran da daxil olmaqla bir sıra “düşmən ölkələrlə”, həmçinin “ABŞ-a düşmən olan transmilli terrorçu qruplar və digər zərərli aktorlarla” əməkdaşlıq edir. Tramp bildirib ki, fövqəladə vəziyyətin aradan qaldırılması üçün tarif mexanizminin tətbiqi zəruri hesab olunur. Sənədə əsasən, Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya tədarük edən xarici ölkələrdən ABŞ-a idxal olunan mallara əlavə advalor tariflərin tətbiqi nəzərdə tutulur. Sərəncamla ABŞ Ticarət Departamentinə Kubaya neft tədarükü həyata keçirə biləcək ölkələrin müəyyənləşdirilməsi tapşırılıb. Daha sonra administrasiyanın yüksək vəzifəli rəsmiləri konkret tarif dərəcələri ilə bağlı qərar verəcəklər. Eyni zamanda sənəddə vurğulanır ki, əgər Kuba və ya sərəncamın əhatə dairəsinə daxil olan digər ölkələr ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını dəstəkləyən əhəmiyyətli addımlar atarsa, prezident bu qərara dəyişiklik edə bilər.

Qeyd edək ki, yanvarın 28-də Donald Tramp Venesueladan neft tədarükünün dayanması səbəbindən Kubanın iqtisadi cəhətdən dağılmaq üzrə olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Havana əvvəllər Venesueladan həm maliyyə, həm də neft dəstəyi alırdı, lakin hazırda bu imkanları itirib.

Chosen
98
4
Ajans.az

10Sources