Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer Tech Conference" tədbirinə ev sahibliyi edib. Yelo Bank-ın baş ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji mövzular ətrafında fikir mübadiləsi aparıblar:• 2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;
• Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;
• İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;
• Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində olmağa davam edəcək.Debet kartı əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.Yelo Bank – Parlaq bankçılıq!




Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.