EN

Ceyhun Sultanov: Reallıq odur ki, Avropa zəif komanda gözündə Qarabağ ı görür

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bu mərhələdə zəif komanda olmur. Reallıq odur ki, Avropa zəif komanda gözündə "Qarabağ"ı görür". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.Hazırda agent kimi fəaliyyət göstərən veteran futbolçu "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblər barədə fikirlərini bölüşüb:"Rəqiblərin çıxış etdiyi çempionatı ilə bizim Premyer Liqa fərqlidir. Hətta, Türkiyə çempionatı bizdən üstün olsa da, onlar üçün də çətindir. "Qarabağ"ın bu mərhələyə gəlib çatmağı belə artıq böyük uğurdur. Nəyi bacaracaqsa, onu da etməyə çalışacaq. Ümumi götürəndə pley-offda məğlub olsaq belə, "Qarabağ"a təşəkkür düşür. Əvvəlcə püşkü gözləmək, sonra rəqibə uyğun dəyərləndirmə aparmaq lazımdır. Hər iki komanda özünəməxsus oyun üslubuna malikdir və bizim üçün ağır rəqib sayıla bilərlər. Yenə də PSJ və ya "Nyukasl" arasında seçim etmək qəlizdir".Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələ bilər. Bu raundun püşkü bu gün atılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
88
39
sport24.az

10Sources