“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionunun rəqibi “Nyukasl” olub.
Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşmaları fevralın 17-18-də, cavab oyunları 25-26-da keçiriləcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu raundu adlayacağı təqdirdə 1/8 final mərhələsində “Barselona” (İspaniya) və ya “Çelsi”yə (İngiltərə) rəqib olacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.