EN

Türkiyə bu ölkəyə meydan oxuyur: İcazəmiz olmadan heç nə edə bilməzsiniz

Türkiyənin Egey dənizində "Navtex" xəbərdarlıqlarını qeyri-müəyyən müddətə vermək qərarı Afinada həyəcan yaradıb.

Publika.az xəbər verir ki, Yunanıstanın "Banking News" nəşri bununla bağlı "Görünməmiş çətinlik" başlıqlı məqalə dərc edib.

“Türkiyə Yunanıstanın kontinental şelfinə faktiki olaraq meydan oxuyur. Bu addımın vaxtı təsadüf deyil. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasındakı görüşdən bir neçə həftə əvvəl baş verib və bu, Türkiyə tərəfinə açıq diplomatik üstünlük verib”, - məqalədə qeyd olunub.

Həmçinin yazıda fevral ayına planlaşdırıldığı iddia edilən görüşün mövzusu ilə bağlı da məlumat verilib:

“Yunanıstan hökuməti gözləntilərini azaltmağı və Türkiyə ilə kiçik, lakin konkret əməkdaşlıq sahələri yaratmağı hədəfləyir. Xatırladaq ki, Ərdoğan və Mitsotakis arasında 2025-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin Baş Assambleyasının sessiyaları zamanı keçirilməsi planlaşdırılan görüş son anda ləğv edildi. Bu, Türkiyə-Yunanıstan dialoqu ilə bağlı qeyri-müəyyənliyi vurğuladı. Bu dəfə belə bir vəziyyətə yol verilməməlidir, xüsusən də Ankaranın əlində "Navtex" kartı olduğu üçün”.

Chosen
69
10
publika.az

10Sources