BAKI, 30 yanvar. TELEQRAF
“Bitcoin” 2025-ci il noyabrın 21-dən bəri ən aşağı səviyyəyə enib.
Teleqraf xəbər verir ki, kriptovalyuta 6,4% dəyər itkisi ilə üzləşərək 82 600 dollara düşüb.
Azalma bazarda davam edən zəif əhval-ruhiyyə ilə əlaqələndirilir.
Yanvarın 20–26-sı tarixlərini əhatə edən ardıcıl beş ticarət günü ərzində “Bitcoin”nin birja fondlarından (ETF) xalis çıxışı 1,14 milyard dollar təşkil edib. Bu, yanvarın əvvəlindən bəri qeydə alınan ən böyük həftəlik vəsait çıxışı olub.
Qeyd edək ki, nadir torpaq elementləri ilə bağlı tarif gərginliyi və ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı davam edən qeyri-müəyyənliklər fonunda bazar əhval-ruhiyyəsi zəif olaraq qalır. Nəticədə qızıl və gümüş kimi ənənəvi təhlükəsiz aktivlərə maraq artdığı halda, “Bitcoin” kimi daha riskli aktivlər arxa plana keçib.