EN

“Bu, Azərbaycan futbolunun inkişafı üçün təkan olacaq” – Şahruddin Məhəmmədilyev 

“Dövlət başçısı tərəfindən futbola həmişə çox böyük maraq olub. O, bu idman növünü sevir və daim nəticələri izləyir. Belə bir məqamdan mütləq istifadə etmək lazımdır. Ölkədə uşaqlar oynamaq və məşq etmək istəyirlər. Vacib qərarlar qəbul edilməlidir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibəsi zamanı deyib. O, komandasının Çempionlar Liqasında pley-offa vəsiqə qazanması barədə də danışıb:

“Ümid edirəm ki, Çempionlar Liqasının pley-off mərhələsinə çıxış təkcə “Qarabağ” deyil, bütün Azərbaycan futbolunun inkişafı üçün təkan olacaq. Düşünürəm ki, bu, insanların akademiyalara, gənclərə və uşaqlara investisiya etməli olduqlarını anlayacaqları dönüş nöqtəsi olmalıdır. Çünki əsas baza məhz budur. Güman edirəm ki, belə də olacaq. Bu cür imkanlardan möhkəm yapışmaq və irəliyə doğru hərəkətə başlamaq lazımdır”.

Ş.Məhəmmədəliyev bildirib ki, yerli oyunçuların inkişafı üçün uşaq futboluna diqqət artmalıdır:

“Belə bir anı qaçırmaq olmaz. Bütün uşaqlar futbola gəlmək istəyir, hər biri özünü hansısa futbol ulduzunun adı ilə çağırır. Uşaq futboluna yatırım etmək və nəticəni təxminən 10 ildən sonra gözləmək lazımdır. Onda vaxt heyətdə 2 yox, artıq 11 azərbaycanlı futbolçu olacaq”.

Chosen
57
2
idmanxeber.az

5Sources