İran hökumətinə məxsus təyyarə Rusiyanın Moskva şəhərində yerləşən Vnukovo hava limanına eniş edib.
Manset.az-ın Rusiyanın "Mash" Telegram kanalına istinadən verdiyi məlumata görə, təyyarədə İran prezidenti Məsud Pezeşkianın da ola biləcəyi ehtimal edilir. Rəsmi təsdiq hələlik açıqlanmayıb.
Bununla paralel olaraq, monitorinq kanallarının məlumatına əsasən, daha əvvəl Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etdiyi bildirilən ABŞ-a məxsus hərbi təyyarələr Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.
Amerika mediasının daha əvvəl yaydığı xəbərlərə görə, Vaşinqton İran daxilində etirazları təşviq etmək və vəziyyəti gərginləşdirmək məqsədilə ölkənin təhlükəsizlik qüvvələri və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı hədəfli zərbələr endirmək imkanlarını nəzərdən keçirir.
Mövzu ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.