EN

Panama məhkəməsi Honkonq şirkətinin kanaldakı limanlara dair lisenziyasını ləğv edib

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Panama Ali Məhkəməsi Honkonqda yerləşən “Hutchison” şirkətinə Panama kanalının çıxışlarındakı iki limanı idarə etmək üçün verilən lisenziyanın şərtlərini konstitusiyaya zidd hesab edib.

APA xəbər verir ki, bu barədə “France24“ məlumat yayıb.

Məlumata görə, yeni lisenziya şərtləri ilə açılacaq tenderə qədər limanları başqa şirkət icarəyə götürəcək.

Kanalın ən böyük istifadəçilərindən olan Çinin yük daşıma şirkətləri məhkəmə qərarının kanalda fəaliyyətə təsir etməyəcəyi üçün hələ də su yolundan istifadə edəcəklər.

Qeyd edək ki, 2025-ci ilin əvvəllərində ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində Çin şirkətlərinin Panama kanalına nəzarət etməsinin qəbuledilməz olduğunu bildirib. O, son 30 ildə kanal ətrafında tikilmiş Çin infrastrukturunun ABŞ-ın təhlükəsizliyi üçün təhdid yaratdığını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
50
icma.az

10Sources