AZ

Rusiya müharibəni bitirmək istəmir – Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas

Abu-Dabidə (BƏƏ) keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi Moskvanın sülh danışıqlarına qarşı istəksizliyini nümayiş etdirir.

Bu barədə AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas 29 yanvarda bildirib. “Rusiya tərəfində [Əbu-Dabidə] yalnız hərbçilər var və onların heç bir danışıqlar aparmaq səlahiyyəti yoxdur. Bu da onların sülhə qətiyyən ciddi yanaşmaması deməkdir”, – deyə o bildirib.

Kallas qeyd edib ki, təcavüzkar ölkə Ukraynada mülki şəxslərə hücum etməyə davam edir və buna görə də, Avropa İttifaqı bunu xatırlamalı və Moskvaya təzyiq göstərməlidir. “Bizim üçün Rusiyanı həqiqətən real danışıqlara girməyə məcbur etmək vacibdir. Hazırda onlar yalnız danışıqlar aparmış kimi davranırlar. Biz onların Ukraynaya hücumlarını artırdığını görürük. Onlar döyüş meydanında irəliləyə bilmədiyindən, mülki şəxslərə hücum edirlər”, – deyə o bildirib.

Avropa Komissiyasının vitse-prezidenti izah edib ki, Ukraynaya enerji dəstəyi Aİ diplomatlarının görüşündə müzakirə olunacaq. Kallas vurğulayıb ki, “Orada humanitar fəlakət yaxınlaşır”.

//Samir Qurbanov, Editor.az

Seçilən
27
50
editor.az

10Mənbələr