EN

Bakıda “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü” təşkil olunub

Yanvarın 30-da Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü” təşkil olunub.

“İki sahil” xəbər verir ki, Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin önəmi vurğulanıb. Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni zəmini aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, eləcə də Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer iştirak ediblər.

Səfir Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının mədəni aspektlərinə diqqət çəkib. O bildirib ki, bu gün “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət edən Azərbaycan və Türkiyə siyasət, iqtisadiyyat, diplomatiya və digər sahələrdə vahid mövqedən çıxış edir. Bu birlik isə ortaq dəyərlərimizin və qarşılıqlı etimadın bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Bakı Yunus Əmrə İnstitutu Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.

Chosen
61
22
ikisahil.az

10Sources