ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələr və bəzi saytlarda Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov Azərbaycanda general-mayor ali xüsusi rütbəsi verilən ən gənc şəxs kimi təqdim edilib. 2025-ci ilin mart ayında komitə sədrinin müavini təyin edilən 34 yaşlı Fuad Məmmədov general-mayor rütbəsinə dünən layiq görülüb.Modern.az-ın araşdırması nəticəsində isə məlum olub ki, Fuad Məmmədov bu rütbəni alan ilk ən gənc adam deyil.Belə ki, daha əvvəllər də 34 yaşında general-mayor ali rütbəsinə layiq görülənlər olub: həm müstəqillik illərində, həm də sovetlər dövründə.Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2001-ci il avqustun 15-də Prezidentin Fərmanına əsasən, general-mayor hərbi rütbəsinə layiq görüləndə 34 yaşı olub.Elçin Quliyev 1967-ci il təvəllüdlüdür. O, ölkə Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı təyin edilib. Bu vəzifəyə təyinat zamanı da Elçin Quliyevin 34 yaşı olub.
2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, general-mayor hərbi rütbəsi verilib.
Ölkə başçısının 31 iyul 2002-ci il tarixli Fərmanına əsasən, Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı təyin edilib.Sovet dövründə isə Azərbayvandan ən gənc general rütbəsi alan Həzi Aslanov olub.1910-cu il yanvarın 22-də anadan olmuş Həzi Aslanov 1931-ci ildə vzvod komandiri təyin olunaraq hərbi xidmətə başlayıb.1944-cü ilin 13 martında ona tank qoşunları general mayoru rütbəsi verilib. Həzi Aslanov bu rütbəyə Sovet Ordusunun tank qoşunlarının tərkibində Almaniyaya qarşı müharibədə göstərdiyi qəhrəmanlığa görə layiq görülüb.Həzi Aslanov da general-mayor rütbəsi alanda 34 yaşında idi.A.Qorxmaz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.