EN

“O ana qədər karyeramda yalnız bir titul çatışmırdı”

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir qədər stajlı fanatlar İtaliyada və ümumiyyətlə, futbol tarixində mühüm iz buraxmış braziliyalı Kafunu gözəl xatırlayır. Bir çoxları onu hətta tarixin ən yaxşı sağ cinah müdafiəçisi adlandırır. "Football-plus.az" xəbər verir ki, A seriyasının 22-ci turunun “Roma” – “Milan” matçından öncə italiyalı həmkarlarımız Kafudan müsahibə götürüb. Bu da təsadüfi deyil. Tam adı Markos Evangelista de Moraiş olan və hazırda 55 yaşı olan “sambaçı” 6 il (1997-2003) “Roma”da və 5 il (2003-08) “Milan”da çıxış edib. Kafunun “Qazetta dello Sport”a verdiyi müsahibə ilə tanış olaq.- “Roma” ilə “Milan”ın duelini skudetto uğrunda oyun adlandırmaq olarmı?- Əlbəttə. Düzdü, “İnter” bu mövsüm güclüdü. Amma həm “canavarlar”, həm də “rossonyerlər” ən güclü dörd komanda sırasındadı və hər ikisi də qarşısına ciddi hədəflər qoymalıdı. Bura çempionluq da daxildi. - “Roma”nın mövsümü uğurlu keçirməsində Qasperininin əməyi nə qədərdi?- Çox böyükdü. Məhz onun sayəsində komanda mövsümə düzgün motivasiya ilə başladı. “Roma” həmişə daha çoxuna nail olmaq istəyir. Onların simasında bu mövsüm güclü və mümkün qədər irəli getməyə çalışan bir kollektiv görürəm. Fikrimcə, hədəfə çatacaqlar. - Sizcə, skudetto uğrunda sona qədər mübarizə aparmağa qadirdilər?- Niyə də olmasın? Fikrimcə, “Roma” son illərdə heç vaxt bu mövsümdəki qədər iddialı olmayıb. Artıq avrokuboklarda da oyunlar bərpa olunub. “Roma” AL-də birbaşa 1/8 finala yüksəlsə, “İnter” isə ÇL-də pley-offda oynamalı olsa, “neradzurra” tempi bir qədər azalda bilər. - Malenin timsalında Qasperininin axtardığı forvardı tapdığını söyləmək olarmı?- İlk oyunlarda pis təsir bağışlamır. Ancaq məncə, “Roma”nın aparıcı futbolçusu Dibaladı. Onun sayəsində komanda həm daha yaxşı oynayır, həm də işlər sadələşir. Paulo yaxşı formada olduqda ətrafındakı hər kəsə yardım edir.- Bir qədər də Alleqrinin “Milan”ından danışaq. Bu mövsüm bu məşqçinin hansı işini xüsusi qeyd edə bilərsiz?- Alleqri hər futbolçu üçün meydanda ideal mövqe tapmağı bacarır. Eləcə də oyunçuların özünəinamını artırır. Halbuki “Milan” üçün ötən mövsüm çox çətin keçmişdi. Ona görə də Alleqri ilə dərhal komandanın güclənəcəyini, iddialı olacağını gözləmirdim. Amma mövsümöncəsi hazırlıq dönəmindən sonra məşqçi işi hiss olunmağa başladı. Bu boyda təsadüf ola bilməz. - Əzələ ilə bağlı zədələr yaşamasına baxmayaraq, Leao bu mövsüm A seriyasında artıq 7 qol vurub və bir çox matçda həlledici rol oynayıb.- Mən heç vaxt Leaonun istedadına şübhə etməmişəm. Həmişə onun mükəmməl futbolçu olduğunu düşünmüşəm. Düzdü, ötən mövsüm onun üçün enişli-yoxuşlu keçdi. Amma Leao kimi bir futbolçunun artıq özünü sübut etməsinə ehtiyac yoxdu. Yaxşı ki, yay transfer dönəmində komandanı tərk etmədi. - Ondan fərqli Teo Ernandes “Əl-Hilal”a satıldı. Onun ayrılmasına üzülməliyikmi?- Özüm də cinah müdafiəçisi olduğum üçün deməliyəm ki, güclü bir cinah müdafiəçisinin “Milan”dan ayrılması istər-istəməz üzüntü yaradır. Kim bilir, Alleqrinin başçılığı altında Ernandes nələrə nail ola bilərdi? Ancaq əvəzində sol cinahda Bartezaqi üçün gözəl fürsət yaranıb. Öz oyunu ilə yaxşı fiziki və texniki göstəricilərə, eləcə də güclü xarakterə malik olduğunu göstərir. Yəni böyük uğurlar qazanmaq üçün hər cür istedada sahibdi. - Bəs “Milan”ın bu mövsüm üçün hədəfi nədi?- Təbii ki, onlar da skudettonu qazanmağa iddialıdı. Zatən turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. Üstəlik avrokuboklarda da çıxış etmirlər. Həftəsonunun matçına rahat hazırlaşmaq çox böyük üstünlükdü. Həftəiçi oyuna çıxmayıb yalnız məşq etdikdə ayaqlar az yorulur və düşüncə tərzi daha sağlam qalır. - Bu dediklərinizi nəzərə alsaq, “Milan”ı “Roma” ilə oyundan öncə favorit saymaq olarmı?- Düzdü, “rossonyerlər”in oyuna hazırlaşmaq üçün daha çox vaxtı oldu. Amma “Roma”da da ruh yüksəkliyi hiss olunur. Çünki komandanın həm çempionatda, həm də avrokuboklarda işləri yaxşı gedir. - Siz özünüz futbolçu kimi 3 gündən bir oynamağa alışmışdız...- Sizi əmin edirəm ki, işlər yaxşı gedəndə, ümumiyyətlə, yorğunluğun nə olduğunu bilmirdim. Əslində mən hər zaman oynamağa can atırdım. Çünki biz həm skudetto, həm də ÇL uğrunda mübarizə aparırdıq. Bəzən düşüncə ayaqların durumundan daha vacibdi. - “Roma” ilə bağı ən xoş xatirələriniz hansıdı?- Sözsüz, qazandığımız çempionluq. Həmin tarixi uğur Totti, Batistuta, Aldair, Samuel, Montella, Emerson kimi mükəmməl komanda yoldaşlarım sayəsində əldə olunmuşdu. - Həmin “Roma” indi çempion ola bilərdimi?- 100 faiz.- Bəs “Milan”la bağlı ən xoş xatirələriniz hansıdı?- Afinada ÇL titulunu başımın üzərinə qaldırmaq mənim üçün xüsusi və çox emosional bir an idi. Bu, həm də bizim üçün İstanbulda “Liverpul”a məğlubiyyətin qisası idi. O ana qədər karyeramda yalnız bir titul çatışmırdı və sonda onu da qazanmağa müvəffəq oldum. - Həmin “Milan” bu gün ÇL-i qazana bilərdimi?- Ən azı həmin o komandanın ÇL-i qazanmaq üçün əla şansları olardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
8
icma.az

10Sources