EN

Azərbaycanlı aktrisanın şəkli “Temu”da: Bizi aldadırlar? - VİDEO

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan “Temu”da yerləşdirilib.

Turkustan.az “Ölkə.az”a istinadən xəbər verir ki, məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib.

Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkdar artistlə çəkdiyi dəyişim videosundan götürülüb.

“Şəkil “Temu”da qarşıma çıxdı. Əvvəl bənzətdiyimi düşündüm, amma rəfiqəmə göndərdim o da təsdiqlədi ki, şəkildəki xanım, aktrisa Nahidə Orucovadır. Bu Çinlilər niyə bizim şəkillə bizi aldadır?”, - deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

Sözügedən paylaşıma Xalq artisti Faiq Ağayev N.Orucovanın adını işarələyərək şərh yazıb.

“Xəbərin var, gözəlim?”, - deyə o qeyd edib.





Chosen
62
34
turkustan.az

10Sources