EN

Kərkicahan qəsəbəsinə, Xanyurdu və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davam edir. Yanvarın 30-da respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə yola salınıb.

“İki sahil” xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər köçürülür. Uzun illərdən sonra doğma torpaqlara qayıdışı sevinc hissi ilə qarşılayan ailələr Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Chosen
34
50
ikisahil.az

10Sources