AZ

Növbəti köç karvanları Kərkicahan qəsəbəsinə, Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB-1

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsibə növbəti köç həyata keçirilib, sakinlərə mənzillərin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurda qayıdan sakinləri əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd olunub ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.

Sonra Kərkicahan qəsəbəsinə köçən 5 ailə - 25 nəfərə, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfərə, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfərə mənzillərin açarları təqdim olunub.

***

13.23

Növbəti köç karvanları Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfər köçürülüb.

***

12.30

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfər köçürülür.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
64
22
apa.az

10Mənbələr