EN

“Ulduz” jurnalının bu ildə ilk sayı çap olundu

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

“Ulduz” jurnalının 2026-cı ilin ilk - yanvar-fevral sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalda Azər Turanın “Birinci Türkoloji Qurultay – film kimi bir hadisə” yazı dərc olunub.

Dərgidə “Birinci Türkoloji Qurultay” (1926, Bakı) nümayəndələri haqqında ətraflı məlumat verilir.

Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda yazdığı qeydlər yüz ilin o üzündən günümüzə körpü salır.

Elnarə Akimovanın “Yüz ilin ədəbiyyat yolçuları” yazısı Türk dünyasının birliyi uğrunda qudsal yola çıxan insanların fədakarlığından söz açır.

“Ulduz”un bu sayında Aqil Abbasın “Rəmiş” povesti də oxuculara təqdim olunur.

“Dərgidə kitab”da Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (3-cü yazı) araşdırması yer alır.

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür... - İntiqam Yaşarın yeni şeirləri

"Bilmirəm necə yanaşım ki, müəllif də inciməsin" - Hekayə müzakirəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
50
kulis.az

10Sources