EN

Növbəti köç karvanları Xankəndi və Xocalıya çatıb - YENİLƏNİB

Növbəti köç karvanları Xocalı rayonunun Xanyirdi və Təzəbinə kəndləri ilə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə 6 (24 nəfər), Təzəbinə kəndinə 8 (41 nəfər), Kərkicahan qəsəbəsinə isə 5 ailənin (25 nəfər) daimi qayıdışı təmin edilib

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Xankəndinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfər, Təzəbinə kəndinə 8 ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.

Bununla da ümumilikdə Xanyurdu kəndinə 129 (455 nəfər), Təzəbinə kəndinə 147 (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailənin (2718 nəfər) daimi qayıdışı təmin edilib.

Chosen
88
15
far.az

10Sources