EN

Baş idarə əməliyyat keçirdi: 34 kiloqramdan çox narkotik aşkarlandı

Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən - 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Chosen
82
50
publika.az

10Sources