EN

Rasim Balayevin əsəbləri pozulmuşdu - Şair

"Şükür Allaha, Rasim Balayev indi yaxşıdır. Çox narahatlıq olmasın deyə, telefondan bir az uzaqdır. Fəqərə sütununda problem var idi, düzəlir". 

"Cebheinfo.az" xəbər verir ki, bunu şair Baba Vəziroğlu deyib.

O əlavə edib: "Əsəbləri normal deyildi, artıq normallaşmağa başlayıb. Bir müddət xəstəxanada oldu, indi evindədir. Amma həkimlər evdə tam sakitlik şəraitində qalmağı məsləhət görürlər.

Mən də çox narahat etmirəm. Bir-iki dəfə danışmışam. Əsasən, oğlu Ülvi ilə əlaqə saxlayıram, deyir ki, yaxşıdır. Qoy bir az əsəbləri yerinə gəlsin. Axı sinir pis şeydir.

Şəfiqə Məmmədova ilə birlikdə tez-tez bir-birimizə Rasim Balayevin əhvalı barədə məlumat veririk. Tezliklə onu işdə gözləyirik. Rasim Balayev Azərbaycan milli kinosunun simasıdır. Allah onu bizə çox görməsin”.

"Cebheinfo.az"

Chosen
71
28
cebheinfo.az

10Sources