ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
İlon Mask ABŞ vətəndaşlarından seçkilərdə səs vermək üçün şəxsiyyət vəsiqəsi təqdim etməyi tələb etmələri lazım olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkə platformasında yazıb.
"Amerika seçkilərdə səs vermək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb etməlidir. Bu, mütləq olunmalıdır", - deyə o qeyd edib.
Bu sözlər Maskın bir istifadəçinin şəbəkədə, səsvermə üçün şəxsiyyətin tələb olunduğu 100-dən çox ölkənin siyahısını paylaşan yazısına verdiyi cavab olub. ABŞ isə bu siyahıya daxil edilməyib.
2020-ci ilin noyabrında keçirilən prezident seçkilərində demokrat Co Baydenin qalib gəlməsindən sonra, Donald Tramp və digər respublikaçılar səsvermədəki sistematik pozuntulara dair iddialar irəli sürüblər. Onlar bir neçə ştatda seçki nəticələrinin yenidən hesablanması üçün məhkəməyə müraciət ediblər. Lakin respublikaçıların müraciətləri uğur qazanmayıb və onların iddiaları rədd edilib.
Son illərdə, respublikaçıların hakimiyyətdə olduğu bir çox ABŞ ştatında səsvermə prosesini daha ciddi nəzarət altına almağa yönəlik təşəbbüslər irəli sürülüb. Demokratlar isə bu təşəbbüsləri tənqid edir və respublikaçıları siyasi məqsədlərini reallaşdırmaq üçün səsvermə prosesini çətinləşdirməkdə ittiham edirlər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.