AZ

İlon Mask yenidən böyük siyasətə qayıdır - WSJ

Bir müddət əvvəl ABŞ-da böyül siyasətdən getdiyni bəyan edən  milyarder Elon Mask  yenidən  aktiv siyasətə qayıdır.

Azreform.info "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, ABŞ vitse-prezidenti C.D. Vens də daxil olmaqla Respublikaçılar Partiyasının nümayəndələri Maskdan Nümayəndələr Palatasında və Senatda minimal çoxluğu qorumaq uğrunda mübarizədə respublikaçıları ara seçkilərdə dəstəkləməsini istəyiblər.

“WSJ”-nin yazdığına görə, milyarder 2024-cü ildə ABŞ-ın hazırkı prezidenti Donald Trampın prezidentlik kampaniyasını dəstəkləmək üçün yaratdığı “America PAC” təşkilatı vasitəsilə Respublikaçıların seçki kampaniyalarına maliyyə dəstəyi vermək imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edib ki, bu cür addımlar Maskın əsasən biznes layihələrinə diqqət yetirdiyi dövrdən sonra siyasi sahəyə qayıtmasını göstərə bilər.

ABŞ Konqresinin hər iki palatası üçün ara seçkilər 3 noyabrda keçiriləcək.

Mürtəza

Seçilən
0
1
azreform.info

2Mənbələr