EN

İş adamlarının siyasi fəaliyyəti qadağan ediləcək

Gürcüstanda sahibkarlıqla məşğul olan hüquqi şəxslərin siyasəti fəaliyyəti qadağan ediləcək.

 

Bununla bağlı ölkənn İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb.

 

Hakim "Gürcü Arzusu" partiyasının təşəbbüskarı olduğu qanunvericilik layihəsinə əsasən, bizneslə məşğul olan hüquqi şəxs tərəfindən hökumətə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək məqsədi ilə həyata keçirilən və ya həyata keçiriləcək hər hansı bir fəaliyyət, Gürcüstanın daxili və ya xarici siyasətinin formalaşdırılmasına, həyata keçirilməsinə və ya dəyişdirilməsinə yönəlmiş fəaliyyət siyasi fəaliyyət hesab olunacaq.

 

İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək yeni “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin siyasi fəaliyyəti” maddəsinə əsasən, siyasi fəaliyyətin açıq şəkildə həyata keçirilməsi 20 000 lari (təqribən 13 min AZN) məbləğində cərimə ilə nəticələnəcək. Qeyd olunan hərəkətin təkrarlanacağı təqdirdə cərimənin məbləği 40 000 lari (25 288 AZN) təşkil edəcək.

 

"Gürcü Arzusu"ndan bildirilib ki, təşəbbüsün məqsədi biznesi siyasi proseslərdən ayırmaq və sahibkarların ictimai sahəyə təsirini məhdudlaşdırmaqdır.

 

APA

Tarix: 30 Yanvar 2026, 14:00   
Chosen
31
13
pravda.az

10Sources