İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində yanvarın 30-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Bu mərhələdə Həsənriz kəndinə 10 ailə - 52 nəfər köçürülür.