EN

NDU-nun Beynəlxalq Kembric Məktəbi üçün yeni tədris korpusu tikiləcək

Naxçıvan, 30 yanvar, AZƏRTAC

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasə NDU-nun Beynəlxalq Kembric Məktəbi yaradılıb. Məktəbdə təhsil-tədris şəraiti ötən dövrdə daha da təkmilləşdirilib. Təhsil ocağı üzrə beynəlxalq standartlara uyğun yeni tədris korpusunun inşası nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Rektor əlavə edib ki, hazırda yeni korpusun tikintisinə dair layihələndirmə işlərinə başlanılıb.

Chosen
64
9
azertag.az

10Sources