AZ

Naxçıvanda XI siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fevralın 22-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, monitorinqdə 4 minə yaxın şagird iştirak edib.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Seçilən
136
11
far.az

10Mənbələr