Florida ştatının Orlando şəhərinin polisi tərəfindən 4x100 metr estafet qaçışı üzrə Olimpiya çempionu Şa Karri Riçardson ehtiyatsız avtomobil idarə etdiyinə görə həbs olunub. Bu barədə TMZ yazıb.
Hafta.az xəbər verir ki, yüngül atlet sürət həddini aşıb, digər hərəkət iştirakçılarına təhlükəli anlar yaşadıb. Həbsdə olan idmançı təhlükəli sürücülükdə ittiham olunur. 25 yaşlı Riçardson 30 günə qədər həbs və 500 dollar cərimə ilə üzləşə bilər.
Xatırladaq ki, 2021-ci ildə Riçardson marixuana testinin müsbət nəticəsi səbəbindən ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən diskvalifikasiya edilmiş və nəticədə 2020-ci il Tokio Oyunlarına qatıla bilməmişdi. Amma 2024-cü ildə Parisdə estafetdə qızıl, 100 m-yə qaçışda isə gümüş medallar qazanmışdı.