EN

Neftçalada iki övlad atasının faciəvi ölümünün TƏFƏRRÜATI FOTO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Neftçala rayonunun Mayak kəndində faciəli hadisə baş verib. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Neftçala şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Habil Qabil oğlu Xəzər dənizində balıq tutarkən boğularaq ölüb. 

 

MÖVZU İLƏ BAĞLI:Balıq tutmaq istədi, suya düşüb boğuldu

O, iki qonşusu ilə birlikdə Mayak kəndi ərazisində dənizə gedib.Mərhumun yaxınlarının bildirdiyinə görə, Habil Məmmədov balıq tutmaq üçün digər şəxslərdən xeyli aralıya keçib və sahilin daha təhlükəli hissəsini seçib. Pis hava şəraiti zamanı dənizdə qəfil qalxan dalğa nəticəsində onun geyimi su ilə dolub. Eyni zamanda özü ilə gətirdiyi balıq toru ayaq və boğaz nahiyəsinə dolaşıb. Nəticədə o, suda bataraq həyatını itirib.Təxminən 800 metr aralıda olan qonşular hadisə yerinə çatdıqda onun artıq boğulduğunu görüblər və meyiti dənizdən çıxarıblar.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Mərhumun yaxınları bildiriblər ki, hadisə ilə bağlı hər hansı şikayətləri yoxdur.Qeyd edək ki, Habil Məmmədov iki övlad atası olub və uzun illər balıqçılıqla məşğul olub. Uzun fasilədən sonra o, məhz hadisə günü yenidən balıq tutmağa çıxıb.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
50
bizim.media

10Sources