EN

Tramp yeni FED sədrinin adını bu gün açıqlayacaq

ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankının (FED) sədrliyinə namizəd göstərəcəyi şəxsin adını bu gün açıqlayacağını bildirib.

BAKU.WS xəbər verir ki, Tramp bu açıqlamanı həyat yoldaşı Melaniya Trampın adına çəkilən "Melania" filminin Kennedi Mərkəzində keçirilən qala nümayişinə qatılarkən jurnalistlərin suallarını cavablandırarkən verib. FED sədrliyinə namizədin hansı gün elan ediləcəyi ilə bağlı suala Tramp bu günü nəzərdə tutaraq "sabah (cümə) səhər" cavabını verib.

Bu açıqlama Trampın Ağ Evdə keçirilən 2026-cı ilin ilk kabinet iclasında FED sədrliyinə namizədin adının gələn həftə açıqlanacağını deməsindən bir neçə saat sonra səsləndirilib.

Məlumata görə, FED sədrliyi üçün mümkün namizədlər arasında Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett, FED İdarə Heyətinin üzvü Kristofer Uoller, sabiq FED idarə heyəti üzvü Kevin Uorş və "BlackRock" aktiv idarəetmə şirkətinin rəhbər şəxslərindən olan Rik Riederin adı çəkilir.

Qeyd edək ki, hazırkı FED sədri Cerom Pauellin səlahiyyət müddəti bu ilin may ayında başa çatır.

Chosen
69
27
far.az

10Sources