Oxumeni.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tramp Kevin Uorşu Fed-ə rəhbər təyin etməyi planlaşdırır
ABŞ prezidenti Donald Trampın administrasiyası Kevin Uorşu Federal Ehtiyat Sisteminin (Fed) sədri vəzifəsinə namizəd göstərməyə hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Tramp bildirib ki, namizədinin adını yanvarın 30-da açıqlayacaq. Prezident adı çəkilmədən, lakin seçimin "çox da gözlənilməz olmayacağını" və namizədin şəxsiyyətinin maliyyə dünyasında "hər kəsə" tanış olduğunu qeyd edərək deyib: "Çoxları düşünür ki, bu şəxs bu vəzifəni bir neçə il əvvəl tuta bilərdi". Nəşrin mənbələrinin məlumatına görə, hələlik yekun qərar qəbul edilməyib, lakin əsas iddiaçı məhz Uorşdur. O, əvvəgünkü gün Ağ Evdə olub.
Kevin Uorş Fed-in idarə heyətinin keçmiş üzvüdür (2006–2011-ci illər), dörd namizəddən ibarət qısa siyahıya daxil olub. Onunla yanaşı, siyahıda Milli İqtisadi Şuranın direktoru Kevin Hasset, Fed-in idarə heyətinin üzvü Kristofer Uoller və BlackRock-un top-meneceri Rik Rider də yer alıb.
Əgər namizədlik rəsmi olaraq təklif olunsa və Senat tərəfindən təsdiqlənsə, 55 yaşlı Uorş mayda səlahiyyətləri başa çatan Ceyrom Pauellin yerini tutacaq. Fed yanvarın 28-də əsas faiz dərəcəsini illik 3,5–3,75% səviyyəsində saxlayıb. Bu, ABŞ prezidentinin Ceyrom Pauellə qarşı tənqidinə bir daha səbəb olub.
Almaz Həsənli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.