EN

ÜST: Hindistanda Nipah virusunun yayılma riski azdır, səyahət qadağalarına ehtiyac yoxdur

Hindistanda yayılmış Nipah virusunun ölkədən kənara çıxma ehtimalı azdır.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Reuters”ə bildirib.

ÜST Hindistana səyahəti qadağan edən tövsiyələrə və ticarət məhdudlaşdırmalarına ehtiyac görmədiyini qeyd edib.

“ÜST hesab edir ki, Hindistanda aşkarlanmış iki yoluxma halının yayılması riski azdır və Hindistanın bu cür virusları nəzarət altına almaq potensialı var”,- məlumatda qeyd edilib.

Əlavə edilib ki, bu virusun insandan insana keçməsi ilə bağlı heç bir sübut yoxdur.

Qeyd edək ki, Malayziya, Sinqapur, Tailand və Vyetnam Nipah virusunun qarşısının alınması məqsədilə hava limanlarında yoxlamaları gücləndirib.

Chosen
69
36
apa.az

10Sources