AZ

COVID 19 dan beş dəfə ölümcül! ÜST Nipah virusu ilə bağlı bəyanat yaydı

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Hindistanın Qərbi Benqal əyalətinin Barasat şəhərində iki nəfərin Nipah virusuna yoluxduğu təsdiqləndikdən sonra Asiya ölkələri hava limanlarında yoxlama tədbirləri həyata keçiriblər.

Turkustan.az xəbər verir ki, ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölüm nisbəti 75% olan və koronavirusdan beş dəfə daha ölümcül olan Nipah virusu ilə bağlı açıqlama yayıb.

Hindistanın Qərbi Benqal əyalətindəki Barasat şəhərində iki nəfərin Nipah virusuna yoluxduğu təsdiqləndikdən sonra səlahiyyətlilər hərtərəfli ictimai səhiyyə tədbirləri həyata keçirdiklərini bildiriblər.

Ölkədə Nipah virusunun aşkarlanmasından sonra bəzi Asiya ölkələri hava limanlarında yoxlama tədbirləri tətbiq etdi və bu da koronavirusa bənzər pandemiya ilə bağlı qlobal narahatlığa səbəb oldu. ÜST ölümcül virusla bağlı narahatlıqları dilə gətirən bir bəyanat yaydı.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü bildirib ki, Hindistandan ölümcül Nipah virusunun yayılması riski azdır və Cənubi Asiya ölkəsində iki yoluxma halı qeydə alındıqdan sonra səyahət və ya ticarətə məhdudiyyətlər qoyulmasını tövsiyə etmir.

Hindistanda yoluxma hallarının təsdiqlənməsindən sonra, Honkonq, Malayziya, Sinqapur, Tayland və Vyetnam da daxil olmaqla bir sıra Asiya ölkələri potensial yayılmanın qarşısını almaq üçün bu həftə hava limanlarında yoxlama nəzarətini gücləndirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
50
icma.az

10Mənbələr