
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər ötən ilin dekabr ayında qəbul edilmiş Ermənistan-Aİ strateji gündəliyinin həyata keçirilməsi ilə bağlı geniş məsələləri müzakirə ediblər.
Qeyd olunub ki, bundan əlavə Mirzoyan və Marta Kos Ermənistan və Azərbaycan arasında regional sülh kontekstində əlaqə və infrastrukturun inkişaf etdirilməsi üçün həyata keçirilən proqramlara, eləcə də sülhün daha da təsisatlaşdırılmasına yönəlmiş digər addımlara toxunublar.
Daşqın HəsənovMissiya.Az