AZ

Norveç səfiri İlham Əliyevə minnətdarlığını bildirdi

Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Sitat.info xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Seçilən
88
50
sitat.info

10Mənbələr