Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qayda pozan sürücü videoqeydiyyatçıya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 29-da saat 14:48 radələrində qeydə alınıb.
Belə ki, 99-ST-291 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq dönmə zamanı sol zolağa çıxıb. Nəticədə o, həmin istiqamətdə hərəkət edən və görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaradıb.
Təhlükəylə üzləşən sürücü vaxtında dayanaraq baş verəcək yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Qeyd edək ki, yolayrıclarında manevr edərkən zolaq qaydalarına riayət olunmaması qəzalara ən çox səbəb olan pozuntular sırasındadır. Buna görə də hər bir sürücü dönmə zamanı əvvəlcədən düzgün zolaq seçməli və digər hərəkət iştirakçılarının üstünlük hüququnu nəzərə almalıdır.
Nərmin
Oxunub 262
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.