Rusiya ordusu Ukraynanın Xerson şəhərində sərnişin mikroavtobusunu atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqram kanalında məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 48 yaşlı sürücü hadisə yerində ölüb. Daha beş sərnişin partlayış və qəlpələrdən xəsarət alıb. İki nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağırdır.
Bizim.Media