EN

Tarixin 30 yanvarı...

Tarixin səhifələrində sırada 30 yanvar var.

Hit.az bildirir ki, bu gün həm Azərbaycan, həm də dünya tarixində müxtəlif sahələr üzrə yadda qalan hadisələrlə seçilir. 

30 yanvarda siyasi, ictimai və mədəni həyatda iz qoymuş mühüm proseslər baş verib. Eyni zamanda, 30 yanvar bir sıra görkəmli şəxsiyyətlərin doğum və vəfat tarixləri ilə də yaddaşlara həkk olunub. Beləliklə, bu günlə bağlı əlamətdar hadisələrə, doğulan və dünyasını dəyişən tanınmış şəxslərə nəzər salaq...

30 yanvarda nələr baş verib?

Hər zaman olduğu kimi, ilk növbədə ölkəmizlə başlayırıq. 1992-ci ildə Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvlüyünə qəbul olunub. Elə həmin gün Azərbaycanla Şimali Koreya arasında diplomatik əlaqələr qurulub. Yaxın tarixdə isə 2021-ci ilin bu günü Ağdam rayonu ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.


Dünyada da bu gün mühüm hadisələr yaşanıb. 1933-cü ilin bu günü Adolf Hitler Almaniyanın kansleri olub. 1948-ci ildə isə V Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib. 1969-cu ildə Londonda “The Beatles” qrupunun son dəfə ictimaiyyət qarşısında çıxış edib. 2020-ci ildə Filippində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

30 yanvarda dünyaya gələnlər:

1943-cü ildə aktyor Ələsgər İbrahimov, 1949-cu ildə əməkdar artist, aktrisa Emma Məlikova, 1952-ci ildə Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, 1982-ci ildə Milli Məclisin IV çağırış deputatı Ceyhun Osmanlı doğulub.

1781-ci ildə alman şair Albert fon Şamisso, 1882-ci ildə ABŞ-nin 32-ci prezidenti Franklin Delano Ruzvelt, 1923-cü ildə Sovet kinorejissoru Leonid Qayday, 1927-ci ildə İsveçin baş naziri Olaf Palme, 1930-cu ildə amerikalı aktyor Cin Hekmen, 1938-ci ildə Özbəkistanın birinci prezidenti İslam Kərimov, 1987-ci ildə sabiq türk futbolçu, baş məşqçi Arda Turan, 1995-ci ildə ispan futbolçu Markos Lyorente dünyaya gəlib.

30 yanvarda vəfat edənlər:

1649-cu ildə İngiltərə, Şotlandiya və İrlandiya kralı I Karl, 1867-ci ildə Yaponiya imperatoru Osahito, 1893-cü ildə rus rəssam Qriqori Qaqarin, Rusiya boyakarı 1948-ci ildə Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi, 1975-ci ildə alman bəstəkar Boris Blaxer, 1991-ci ildə türk general Hulusi Sayın, 2002-ci ildə futbolçusu və baş məşqçisi Ruslan Abdullayev, 2015-ci ildə isə Bolqarıstan prezidenti Jelyu Jelev vəfat edib.

Pərviz

Chosen
34
11
hit.az

10Sources