EN

"Qurtuluş"un rəhbəri Ceyhun Salmanov və daha 2 əməkdaşla bağlı məhkəməyə təqdimat daxil olub

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

APA xəbər verir ki, təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir. Təqdimata bu gün baxılacağı və qərar qəbul olunacağı gözlənilir.

Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Salmanov Ceyhun Məzahir oğlu, daha iki əməkdaşı - Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu saxlanılıb. Onıar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Chosen
61
50
apa.az

10Sources