ABŞ prezidenti Donald Tramp səlahiyyət müddəti may ayında başa çatacaq Cerom Paulein yerinə yeni FED sədri namizədini açıqlayıb.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında açıqlama verib.
O, Federal Ehtiyat Sisteminin (FED) yeni sədri vəzifəsinə namizədin Kevin Uorş olduğunu bildirib.
"O, tarixə ən yaxşı FED sədri kimi düşəcək. Uorş gözəl insandır", - deyə ABŞ lideri vurğulayıb.