AZ

Tramp FED-ə yeni sədr namizədini açıqladı

ABŞ Prezidenti Donald Tramp may ayında səlahiyyət müddəti başa çatacaq Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauelin yerinə təyin ediləcək yeni namizədi açıqlayıb.

BAKU.WS xəbər verir ki, Tramp bu barədə özünə məxsus sosial media platforması Truth Social üzərindən paylaşım edib. O bildirib ki, FED sədrliyinə namizəd Kevin Uorşdur.

ABŞ Prezidentinin sözlərinə görə, Kevin Uorş Federal Ehtiyat Sistemində ən yaxşı sədrlərdən biri kimi tarixə düşəcək. Tramp onu "mükəmməl insan" kimi xarakterizə edib.

Qeyd edək ki, Kevin Uorş FED-in keçmiş rəhbər heyət üzvlərindən biridir. O, 35 yaşında FED-in ən gənc üzvü olub və 2006–2011-ci illərdə Federal Ehtiyat Sistemi İdarə Heyətinin üzvü, eyni zamanda G-20 üzrə FED nümayəndəsi, Asiya regionunda inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlar üzrə idarə heyətinin təmsilçisi kimi fəaliyyət göstərib.

Yeni namizədin açıqlanmasından sonra bazarlar iki faiz endiriminin baş verəcəyini qiymətləndirməyə başlayıb.

Seçilən
51
33
far.az

10Mənbələr