EN

ABŞ Keniyada hərbi bazanın inkişafına 70 milyon dollar sərmayə qoyub

ABŞ Keniyanın şərqində, Somali ilə sərhəd yaxınlığında yerləşən hərbi bazada uçuş-enmə zolağını genişləndirmək üçün 70 milyon dollarlıq layihəyə başlayıb.

Ucnoqta.az bildirir ki, bu barədə Agence France-Presse məlumat verib.

Agentliyin məlumatına görə, Manda Bay aviabazası Keniya silahlı qüvvələrinə məxsusdur, lakin uzun müddətdir ABŞ qoşunları tərəfindən istifadə olunur.

Bu, Somalidə fəaliyyət göstərən islamçı "Əş-Şəbab" qruplaşmasına qarşı mübarizədə strateji əhəmiyyətli bir bazadır.

Uçuş-enmə zolağının genişləndirilməsinin təməlqoyma mərasimində Keniyanın xarici işlər naziri Musaliya Mudavadi və ABŞ dövlət katibinin müavini Kristofer Landau iştirak ediblər.

Keniyalı nazirin çıxışında qeyd etdiyi kimi, layihə iki ölkənin "Afrika Buynuzunda və ondan kənarda sülhün, təhlükəsizliyin və terrorizmə qarşı mübarizənin təmin edilməsi" səylərinin bir hissəsidir.

Chosen
82
50
ucnoqta.az

10Sources